Ana içeriğe atla

Kayıtlar

Else statement - Dərs 14

Else ifadəsi İf ifadəsini izləyir.Əgər if ifadəsi yalan(false) olarsa,o zaman else ifadəsinə yazılan kod işə düşür.İf ifadəsində olduğu kimi else ifadəsində də kodlar abzaslarla olmalıdır: x=4 if x==5: print("Hə") else: print("Yox") Nəticə: >>> Yox >>> Bir sıra mümkün cavablardan hansının doğru olduğunu müəyyənləşdirmək üçün if və else ifadələrindən istifadə edə bilərsiniz.Məsələn: rqm=7 if num==5: print("Rəqəm 5-dir.") else: if rqm==11: print("Rəqəm 11-dir.") else: if rqm==7: print("Rəqəm 7-dir.") else: print("Rəqəm 5,11 və ya 7 deyil.") Ekrana çıxan nəticə: >>> Rəqəm 7-dir. >>> elif ifadəsi else və if ifadələrinin qısaldılmış formasıdır.İf və elif kod sıralarının sonu else kodları ilə bitə bilər.Sonda else ifadəsinin olması o deməkdir ki,nə if,nə də elif doğrudur: rqm=7 if rqm==5: print("Rəqəm 5-dir.") elif rqm==...

İf statement - Dərs 13

Siz İf ifadəsini müəyyən şərtləri olan kodları işə salmaq üçün istifadə edə bilərsiniz.İf ifadəsi Pythonda belə görünür: if expression: statements Kod bloklarını məhdudlaşdırmaq üçün Pythonda abzaslardan istifadə olunur.Başqa dillərdə isə,məsələn C dilində dalğalı mötərizələrdən istifadə olunur,lakin Pythonda isə abzas məcburidir.Əgər abzas olmasa proqramlar işləməz.Yuxarıda gördüyünüz kimi statements abzasla yazılmışdır.Aşağıda if ifadəsinə növbəti nümunə verilmişdir: if 10>5: print("10 5-dən böyükdür.") print("Proqram bitdi.") Yuxarıdakı proqramda İf ifadəsi 10-nun 5-dən böyük olub olmadığını müəyyənləşdirir və böyük olduğu zaman,abzasda yazılmış "10 5-dən böyükdür" cümləsini işə salır.Daha sonra isə proqram bitdikdə son cümləni işə salaraq "Proqram bitdi." cümləsini ekrana çıxarır. Ekranda görünən nəticə budur: >>> 10 5-dən böyükdür. Proqram bitdi. >>> if ifadəsinin açıqlamasının sonunda qoyulan iki...

Boolean tipi - Dərs 12

Pythonda başqa bir tip də Boolean tipidir.Boolean tipinin iki dəyəri var:True(doğru) və False(yalan).Onlar qiymətləri müqayisə etmək üçün yaradıla bilər,məsələn == operatorundan istifadə etməklə yaradıla bilər: >>>boolean_tipi= True >>>boolean_tipi True >>>2==3 False >>>"salam"=="salam" True Diqqətli olun! Bərabərdir(=) işarəsi ilə müqayisə(==) işarəsi fərqlidir! Növbəti müqayisə operatoru bərabər deyildir(!=) .Əgər müqayisə olunan qiymətlər bərabər deyilsə cavabı doğru qəbul edir,əgər bərabərdirsə,yalan qəbul edir: >>>1!=1 False >>>"yeddi"!="iki" True >>>2!=10 True Pythonda bir rəqəmin digərindən böyük ya da kiçik olduğunu müəyyən etmək üçün uyğun olaraq > və >>> 7 > 5 True >>> 10 False Bunlardan başqa Pythonda böyük bərabər(>=) və kiçik bərabər( >>>7 True >>>9>=9.0 True Böyük bərabər və kiçik bərabər işarələri həmç...

Python IDLE - Dərs 11

Bu vaxta qədər biz ancaq bir sətirlik kod yazıb bir sətri işə salan konsol ilə işlədik.Gerçək proqramlar isə fərqli yazılır.Bir fayl içərisinə çox sətrli kodlar yazılır və Python tərcüməçisi(interpreter) ilə işə salınır. IDLE(an Integrated Development Environment for Python) Python w,wn standart proqram yaratma proqramıdır.IDLE həm Windows,həm də Unixdə işləyə bilir.IDLE-ın Python shell kimi bir pəncərəsi var və bu pəncərə sizə Python-un interaktiv rejiminə keçməyə,həmçinin Python qaynaq faylları(source files) yaradıb redaktə etməyə imkan verir.Siz IDLE-ı işə saldığınızda qarşınızda belə bir pəncərə açılacaq: Bu pəncərə açılan zaman siz >>> işarəsinin qabağından öz kodunuzu yazmağa başlaya bilərsiniz. IDLE-da proqram yazmaq üçün 'new file' yəni yeni fayl yaradaraq kodu yazıb,yaddaşda saxlayıb daha sonra isə işə salmaq lazımdır.Bu əməliyyatları IDLE-ın menyularından və ya klaviaturadan ardıcıl olaraq Ctrl+N(yeni fayl yaratmaq üçün),Ctrl+S(yaddaşda saxlamaq üç...

In-Place operators - Dərs 10

Yerində operatorlar(in-place operators) sizə "x=x+3" kimi kodları daha qısaca,"x+=3" kimi yazmağa imkan verir.Bu -, *, / və % kimi əməliyyatlarda da mümkündür: >>>x=2 >>>print(x) 2 >>>x+=3 >>>print(x) 5 Rəqəmlərdən başqa yerində operatorları(in-place operators) mətnlərlə də işlədilə bilir: >>>x="pomidor" >>>print(x) pomidor >>>x+="yumurta" >>>print(x) pomidoryumurta Başqa dillərdə "x+=1" kimi əməliyyatlar üçün ++ kimi qısaldılmalar var,lakin Pythonda belə qısaltmalar mövcud deyil.Aşağıda Yerinde operatorların(in-place operators) digər əməliyyatlar üçün növləri verilmişdir. Operator Nümunə Bərabərdir = x=5 x=5 += x+=5 x = x + 5 -= x-=5 x=x-5 *= x*=5 x=x*5 /= x/=5 x=x/5 %= x%=5 x=x % 5 //= x//=5 x=x//5 ...