Ana içeriğe atla

Python IDLE - Dərs 11

Bu vaxta qədər biz ancaq bir sətirlik kod yazıb bir sətri işə salan konsol ilə işlədik.Gerçək proqramlar isə fərqli yazılır.Bir fayl içərisinə çox sətrli kodlar yazılır və Python tərcüməçisi(interpreter) ilə işə salınır.


IDLE(an Integrated Development Environment for Python) Python w,wn standart proqram yaratma proqramıdır.IDLE həm Windows,həm də Unixdə işləyə bilir.IDLE-ın Python shell kimi bir pəncərəsi var və bu pəncərə sizə Python-un interaktiv rejiminə keçməyə,həmçinin Python qaynaq faylları(source files) yaradıb redaktə etməyə imkan verir.Siz IDLE-ı işə saldığınızda qarşınızda belə bir pəncərə açılacaq:

Bu pəncərə açılan zaman siz >>> işarəsinin qabağından öz kodunuzu yazmağa başlaya bilərsiniz.

IDLE-da proqram yazmaq üçün 'new file' yəni yeni fayl yaradaraq kodu yazıb,yaddaşda saxlayıb daha sonra isə işə salmaq lazımdır.Bu əməliyyatları IDLE-ın menyularından və ya klaviaturadan ardıcıl olaraq Ctrl+N(yeni fayl yaratmaq üçün),Ctrl+S(yaddaşda saxlamaq üçün) və F5(işə salmaq üçün) düymələri ilə həyata keçirə bilərsiniz.Yazılan kodun hər sətri bir sətirmiş kimi həmin an tərcümə olunur:

>>>x=7
x=x+2
print(x)

Nəticə şəkildəki kimi olur:

Python qaynaq fayllarının(source files) genişlənməsi .py şəklində olur.

Yorumlar

Bu blogdaki popüler yayınlar

While dövrü - Dərs 17

If ifadəsi şərt doğrunu( true ) göstərərsə,bir dəfə işə salınır və heç vaxt yalan( false ) göstərmir.While ifadəsi də buna oxşardır,lakin while ifadəsi 1-dən daha çox işə salınır.Yəni şərt keçərli olduğu müddət ərzində hər bir ifadə təkrar-təkrar yerinə yetirilir.Bir dəfə yalan(false) qiyməti verildikdən sonra növbəti kodun icrasına başlanılır.Aşağıda while dövrünün bitdiyi yerdə 1-dən 5-ə qədər sayan dəyişəni olan bir while dövrü verilmişdir: i = 1 while i Nəticə ekrana belə çıxacaqdır: >>> 1 2 3 4 5 Bitdi! >>> Bir while dövrünün gövdəsindəki kod təkrar təkrar icra olunur.Buna təkrarlanma deyilir. Sonsuz dövr(infinite loop) while dövrünün xüsusi növüdür.O işləməyi heç vaxt dayandırmır.Aşağıda sonsuz dövrə nümunə vardır: while 1==1: print("Dövrdədir.") Bu nümunə sonsuz sayda "Dövrdədir." nəticəsini verəcəkdir.Proqramın icrasını Ctrl+C düymələrindən istifadə etməklə və ya proqramı bağlamaqla dayandıra bilərsiniz. Vaxtından əvvəl...

Siyahılar - Dərs 18

Siyahılar(lists) Pythonda obyektlərin başqa bir növüdür.Onlar bəndlərin indeksli siyahısını saxlamaq üçün istifadə olunur.Siyahı kvadrat mötərizələr və bəndləri bir-birindən ayırmaq üçün lazım olan vergüllərlə düzəlir.Mötərizə içərisindəki hər hansı bir bəndi onun indeksini yazmaqla əldə etmək mümkündür. words = ["Salam", "dünya", "!"] print(words[0]) print(words[1]) print(words[2]) Nəticə: >>> Salam dünya ! >>> Gördüyünüz kimi,ilk siyahı bəndinin indeksi sıfırdır. Boş siyahı kvadrat mötərizələrlə yaradılır: bos_siyahi = [] print(bos_siyahi) Nəticə: >>> [] >>> Çox vaxt vergül siyahıdakı son bəndi izləmir.Ancaq yenə də vergülləri ora yerləşdirmək mükəmməl şəkildə keçərlidir və bəzi hallarda bu belə qorunur. Adətən,bir siyahının içindəki bəndlərin tipi eyni olur,lakin bir siyahıya müxtəlif tipli bəndlər əlavə etmək mümkündür.Eyni zamanda bir siyahının içində başqa bir siyahı da yerləşdirmək olar: reqem = ...

İnput funksiyası - Dərs 6

Adətən,proqramlar daxil ediləni alıb çıxışa vermək üçün işləyirlər.Python-da siz çıxışı yəni buraxılanı əldə etmək üçün print funksiyasından istifadə edə bilərsiniz.Print funksiyası mətnin çıxışını verdiyi zaman mətn dırnaq işarəsiz olur. >>>print(1+1) 2 >>>print("Salam\nDünya!") Salam Dünya! İstifadəçilərdən giriş veriləni ala bilmək üçün input funksiyasından istifadə olunur.İnput ingiliscə giriş,daxiletmə mənasını verir.Bu funksiya istifadəçidən giriş veriləni tələb edər və daxil olunanı yazıya çevirər.İnput funksiyası yazıldığı zaman istifadəçi lazım olan veriləni daxil edənədək proqramın gedişatı dayanmış olur. >>>input("Zəhmət olmasa nəsə daxil edin:") Zəhmət olmasa nəsə daxil edin:Bura istifadəçinin daxil etdiyi yerdir. 'Bura istifadəçinin daxil etdiyi yerdir.' Gördüyünüz kimi Python ekrana istifadəçinin daxil etdiyini çıxarır.Lakin Python konsolunda input və print funksiyaları o qədər də lazım deyil,çünki Python...