Yerində operatorlar(in-place operators) sizə "x=x+3" kimi kodları daha qısaca,"x+=3" kimi yazmağa imkan verir.Bu -, *, / və % kimi əməliyyatlarda da mümkündür:
>>>x=2
>>>print(x)
2
>>>x+=3
>>>print(x)
5
Rəqəmlərdən başqa yerində operatorları(in-place operators) mətnlərlə də işlədilə bilir:>>>print(x)
2
>>>x+=3
>>>print(x)
5
>>>x="pomidor"
>>>print(x)
pomidor
>>>x+="yumurta"
>>>print(x)
pomidoryumurta
Başqa dillərdə "x+=1" kimi əməliyyatlar üçün ++ kimi qısaldılmalar var,lakin Pythonda belə qısaltmalar mövcud deyil.Aşağıda Yerinde operatorların(in-place operators) digər əməliyyatlar üçün növləri verilmişdir.>>>print(x)
pomidor
>>>x+="yumurta"
>>>print(x)
pomidoryumurta
| Operator | Nümunə | Bərabərdir |
|---|---|---|
| = | x=5 | x=5 |
| += | x+=5 | x = x + 5 |
| -= | x-=5 | x=x-5 |
| *= | x*=5 | x=x*5 |
| /= | x/=5 | x=x/5 |
| %= | x%=5 | x=x % 5 |
| //= | x//=5 | x=x//5 |
| **= | x**=5 | x=x**5 |
| &= | x&=5 | x=x & 5 |
| |= | x|=5 | x=x|5 |
| ^= | x^=5 | x=x^5 |
| >>= | x>>=5 | x=x>>5 |

Salam,bes deyişenlerin adinda bu işareler ve ya boşluq olarsa goturulurmu??
YanıtlaSil