Ana içeriğe atla

Boolean tipi - Dərs 12

Pythonda başqa bir tip də Boolean tipidir.Boolean tipinin iki dəyəri var:True(doğru) və False(yalan).Onlar qiymətləri müqayisə etmək üçün yaradıla bilər,məsələn == operatorundan istifadə etməklə yaradıla bilər:

>>>boolean_tipi=True
>>>boolean_tipi
True

>>>2==3
False
>>>"salam"=="salam"
True

Diqqətli olun!Bərabərdir(=) işarəsi ilə müqayisə(==) işarəsi fərqlidir!

Növbəti müqayisə operatoru bərabər deyildir(!=).Əgər müqayisə olunan qiymətlər bərabər deyilsə cavabı doğru qəbul edir,əgər bərabərdirsə,yalan qəbul edir:

>>>1!=1
False
>>>"yeddi"!="iki"
True
>>>2!=10
True

Pythonda bir rəqəmin digərindən böyük ya da kiçik olduğunu müəyyən etmək üçün uyğun olaraq > və < işarələrindən istifadə olunur:

>>> 7 > 5
True
>>> 10 < 10
False

Bunlardan başqa Pythonda böyük bərabər(>=) və kiçik bərabər(<=) işarələri də mövcuddur:

>>>7<=8
True
>>>9>=9.0
True

Böyük bərabər və kiçik bərabər işarələri həmçinin mətnləri də leksikoqrafik cəhətdən müqayisə edir.

Yorumlar