Else ifadəsi İf ifadəsini izləyir.Əgər if ifadəsi yalan(false) olarsa,o zaman else ifadəsinə yazılan kod işə düşür.İf ifadəsində olduğu kimi else ifadəsində də kodlar abzaslarla olmalıdır:
x=4
if x==5:
print("Hə")
else:
print("Yox")
Nəticə:
>>>
Yox
>>>
Bir sıra mümkün cavablardan hansının doğru olduğunu müəyyənləşdirmək üçün if və else ifadələrindən istifadə edə bilərsiniz.Məsələn:
rqm=7
if num==5:
print("Rəqəm 5-dir.")
else:
if rqm==11:
print("Rəqəm 11-dir.")
else:
if rqm==7:
print("Rəqəm 7-dir.")
else:
print("Rəqəm 5,11 və ya 7 deyil.")
Ekrana çıxan nəticə:
>>>
Rəqəm 7-dir.
>>>
elif ifadəsi else və if ifadələrinin qısaldılmış formasıdır.İf və elif kod sıralarının sonu else kodları ilə bitə bilər.Sonda else ifadəsinin olması o deməkdir ki,nə if,nə də elif doğrudur:
rqm=7
if rqm==5:
print("Rəqəm 5-dir.")
elif rqm==11:
print("Rəqəm 11-dir.")
elif rqm==7:
print("Rəqəm 7-dir.")
else:
print("Rəqəm 5,7 və ya 11 deyil.")
Nəticə:
>>>
Rəqəm 7-dir.
>>>
Başqa proqramlaşdırma dillərində elif ifadəsinə qarşılıq olaraq else if,elseif,elsif kimi müxtəlif adlar vardır.

Yorumlar
Yorum Gönder