Siyahıdakı müəyyən bir kataloqdakı bənd yenidən təyin edilə bilər.Yəni verilmiş siyahıya sonradan yeni bəndlər əlavə edilə bilər.Məsələn: reqem=[7,7,7,7,7] reqem[2]=5 print(reqem) Nəticə: >>> [7,7,5,7,7] >>> Siyahılar da mətnlər kimi riyazi şəkildə toplanıla və vurula bilərlər.Məsələn: rqm=[1,2,3] print(rqm + [4,5,6] print(rqm * 3) Nəticə: >>> [1,2,3,4,5,6] [1,2,3,1,2,3,1,2,3] >>> Siyahılar və mətnlər(strings) bir çox hallarda oxşardırlar.Mətnləri(strings) bəndləri dəyişdirilə bilinməyən siyahılar kimi düşünmək olar. Bəndin siyahıda olub olmadığını yoxlamaq üçün in operatorundan istifadə edilir.Əgər bənd siyahıda bir və ya daha çox yerdə istifadə olunubsa True (doğru) ekrana çıxarılır,əks halda False (yalan). sozler=["yumurta","duz","yumurta","pendir"] print("yumurta" in sozler) print("duz" in sozler) print("pomidor" in sozler) Nəticə: >>> True True F...