Ana içeriğe atla

Pythonda mətnlər - Dərs 5

Python-da mətn tipləri string anlayışı ilə müəyyən olunur.String tipləri yəni mətnləri yaza bilmək üçün ya bir dırnaq, ya da iki dırnaq işarəsindən istifadə edirik.Kodun hansı dırnaq işarəsi ilə yazıldığından asılı olmayaraq mətn çıxanda bir dırnaq işarəsi ilə birlikdə çıxır:

>>>"Python çox maraqlıdır."
'Python çox maraqlıdır.'
>>>'Hər zaman pozitiv olun!'
'Hər zaman pozitiv olun!'

Bəzi işarələr birbaşa mətn koduna daxil edilə bilmir.Məsələn,iki dırnaq işarəsi ilə yazılmış mətn koduna iki dırnaq əlavə edilə bilməz.Belə işarələri bir-birindən ayırmaq üçün onlardan əvvəl backslash (\) işarəsi istifadə edilməlidir.Bundan ən çox ingilis dilində yazarkən istifadə oluna bilər:

>>>'John\'s mother.He\'s not programmer.She\'s a good girl.
'John's mother.He's not programmer.She's a good girl.'

\n işarəsi yeni sətrə keçmək üçün istifadə olunur.Lakin Python-da \n işarəsindən başqa üç dırnaq işarəsi yazıb enter-ə basmaqla da yeni sətrə keçmək mümkündür:

>>>"""Satıcı:Sabahınız xeyir!Dükana xoş gəlmişsiniz!
Alıcı:Sabahınız xeyir!Təşəkkür edirəm!"""
'Satıcı:Sabahınız xeyir!Dükana xoş gəlmişsiniz! \nAlıcı:Sabahınız xeyir!Təşəkkür edirəm!'

Aşağıda yazılan cümlədə \n işarəsi üç dırnaq işarəsi qoyduqdan sonra harada enter-ə basdığımızı bildirir.Yəni üç dırnaq işarəsi qoyduqdan sonra sadəcə olaraq yeni sətrə keçmək istədiyimiz yerdə enter-ə basırıq.

Yorumlar

Bu blogdaki popüler yayınlar

While dövrü - Dərs 17

If ifadəsi şərt doğrunu( true ) göstərərsə,bir dəfə işə salınır və heç vaxt yalan( false ) göstərmir.While ifadəsi də buna oxşardır,lakin while ifadəsi 1-dən daha çox işə salınır.Yəni şərt keçərli olduğu müddət ərzində hər bir ifadə təkrar-təkrar yerinə yetirilir.Bir dəfə yalan(false) qiyməti verildikdən sonra növbəti kodun icrasına başlanılır.Aşağıda while dövrünün bitdiyi yerdə 1-dən 5-ə qədər sayan dəyişəni olan bir while dövrü verilmişdir: i = 1 while i Nəticə ekrana belə çıxacaqdır: >>> 1 2 3 4 5 Bitdi! >>> Bir while dövrünün gövdəsindəki kod təkrar təkrar icra olunur.Buna təkrarlanma deyilir. Sonsuz dövr(infinite loop) while dövrünün xüsusi növüdür.O işləməyi heç vaxt dayandırmır.Aşağıda sonsuz dövrə nümunə vardır: while 1==1: print("Dövrdədir.") Bu nümunə sonsuz sayda "Dövrdədir." nəticəsini verəcəkdir.Proqramın icrasını Ctrl+C düymələrindən istifadə etməklə və ya proqramı bağlamaqla dayandıra bilərsiniz. Vaxtından əvvəl...

Siyahılar - Dərs 18

Siyahılar(lists) Pythonda obyektlərin başqa bir növüdür.Onlar bəndlərin indeksli siyahısını saxlamaq üçün istifadə olunur.Siyahı kvadrat mötərizələr və bəndləri bir-birindən ayırmaq üçün lazım olan vergüllərlə düzəlir.Mötərizə içərisindəki hər hansı bir bəndi onun indeksini yazmaqla əldə etmək mümkündür. words = ["Salam", "dünya", "!"] print(words[0]) print(words[1]) print(words[2]) Nəticə: >>> Salam dünya ! >>> Gördüyünüz kimi,ilk siyahı bəndinin indeksi sıfırdır. Boş siyahı kvadrat mötərizələrlə yaradılır: bos_siyahi = [] print(bos_siyahi) Nəticə: >>> [] >>> Çox vaxt vergül siyahıdakı son bəndi izləmir.Ancaq yenə də vergülləri ora yerləşdirmək mükəmməl şəkildə keçərlidir və bəzi hallarda bu belə qorunur. Adətən,bir siyahının içindəki bəndlərin tipi eyni olur,lakin bir siyahıya müxtəlif tipli bəndlər əlavə etmək mümkündür.Eyni zamanda bir siyahının içində başqa bir siyahı da yerləşdirmək olar: reqem = ...

İnput funksiyası - Dərs 6

Adətən,proqramlar daxil ediləni alıb çıxışa vermək üçün işləyirlər.Python-da siz çıxışı yəni buraxılanı əldə etmək üçün print funksiyasından istifadə edə bilərsiniz.Print funksiyası mətnin çıxışını verdiyi zaman mətn dırnaq işarəsiz olur. >>>print(1+1) 2 >>>print("Salam\nDünya!") Salam Dünya! İstifadəçilərdən giriş veriləni ala bilmək üçün input funksiyasından istifadə olunur.İnput ingiliscə giriş,daxiletmə mənasını verir.Bu funksiya istifadəçidən giriş veriləni tələb edər və daxil olunanı yazıya çevirər.İnput funksiyası yazıldığı zaman istifadəçi lazım olan veriləni daxil edənədək proqramın gedişatı dayanmış olur. >>>input("Zəhmət olmasa nəsə daxil edin:") Zəhmət olmasa nəsə daxil edin:Bura istifadəçinin daxil etdiyi yerdir. 'Bura istifadəçinin daxil etdiyi yerdir.' Gördüyünüz kimi Python ekrana istifadəçinin daxil etdiyini çıxarır.Lakin Python konsolunda input və print funksiyaları o qədər də lazım deyil,çünki Python...