Ana içeriğe atla

Siyahılar - Dərs 18

Siyahılar(lists) Pythonda obyektlərin başqa bir növüdür.Onlar bəndlərin indeksli siyahısını saxlamaq üçün istifadə olunur.Siyahı kvadrat mötərizələr və bəndləri bir-birindən ayırmaq üçün lazım olan vergüllərlə düzəlir.Mötərizə içərisindəki hər hansı bir bəndi onun indeksini yazmaqla əldə etmək mümkündür.

words = ["Salam", "dünya", "!"]
print(words[0])
print(words[1])
print(words[2])

Nəticə:

>>>
Salam
dünya
!
>>>

Gördüyünüz kimi,ilk siyahı bəndinin indeksi sıfırdır.

Boş siyahı kvadrat mötərizələrlə yaradılır:

bos_siyahi = []
print(bos_siyahi)

Nəticə:

>>>
[]
>>>

Çox vaxt vergül siyahıdakı son bəndi izləmir.Ancaq yenə də vergülləri ora yerləşdirmək mükəmməl şəkildə keçərlidir və bəzi hallarda bu belə qorunur.

Adətən,bir siyahının içindəki bəndlərin tipi eyni olur,lakin bir siyahıya müxtəlif tipli bəndlər əlavə etmək mümkündür.Eyni zamanda bir siyahının içində başqa bir siyahı da yerləşdirmək olar:

reqem = 3
cisimler = ["metn", 0, [1, 2, reqem], 4.56]
print(cisimler[1])
print(cisimler[2])
print(cisimler[2][2])

Nəticə:

>>>
0
[1, 2, 3]
3
>>>

Siyahıların siyahısı 2D ştrixlərini təmsil etmək üçün istifadə olunur,çünki Python başqa dillərdə bunun üçün olan çoxölçülü sayı sıralarından məhrumdur.

Mümkün siyahı dəyərlərinin hüdudlarından kənar indeksləşdirmə İndexError-a səbəb olur.Bəzi tiplər,məsələn,mətnlər(string) siyahı kimi indeksləşdirilə bilər.Sizin yazdığınız mətnin hər bir simvolu siyahı kimi indeksləşir.Tam saylar kimi,digər növlər üçün belə indeksləşdirmə mümkün deyil və TypeError-a səbəb olur:

str = "Salam dünya!"
print(str[6])

Nəticə:

>>>
d
>>>

Yorumlar

  1. Harrah's Hotel and Casino in Harris, MI - MapyRO
    Harrah's Hotel 거제 출장샵 and Casino is a 777 통영 출장안마 Harrahs Blvd hotel in Harris, MI, USA. Find reviews 서울특별 출장안마 and discounts for 사천 출장샵 AAA/AARP 청주 출장마사지 members, seniors,

    YanıtlaSil

Yorum Gönder

Bu blogdaki popüler yayınlar

While dövrü - Dərs 17

If ifadəsi şərt doğrunu( true ) göstərərsə,bir dəfə işə salınır və heç vaxt yalan( false ) göstərmir.While ifadəsi də buna oxşardır,lakin while ifadəsi 1-dən daha çox işə salınır.Yəni şərt keçərli olduğu müddət ərzində hər bir ifadə təkrar-təkrar yerinə yetirilir.Bir dəfə yalan(false) qiyməti verildikdən sonra növbəti kodun icrasına başlanılır.Aşağıda while dövrünün bitdiyi yerdə 1-dən 5-ə qədər sayan dəyişəni olan bir while dövrü verilmişdir: i = 1 while i Nəticə ekrana belə çıxacaqdır: >>> 1 2 3 4 5 Bitdi! >>> Bir while dövrünün gövdəsindəki kod təkrar təkrar icra olunur.Buna təkrarlanma deyilir. Sonsuz dövr(infinite loop) while dövrünün xüsusi növüdür.O işləməyi heç vaxt dayandırmır.Aşağıda sonsuz dövrə nümunə vardır: while 1==1: print("Dövrdədir.") Bu nümunə sonsuz sayda "Dövrdədir." nəticəsini verəcəkdir.Proqramın icrasını Ctrl+C düymələrindən istifadə etməklə və ya proqramı bağlamaqla dayandıra bilərsiniz. Vaxtından əvvəl...

Dəyişənlər(Variables) - Dərs 9

Dəyişənlər(variables) bir çox proqramlaşdırma dillərində çox mühüm rol oynayırlar və Python da istisnasız bu bir çox dillərdəndir.Sadə dil ilə desək,dəyişən hər hansı bir rəqəmə yaxud yazıya ad verir və sonradan siz onu proqramın müəyyən bir hissəsində işlətmək istəyənə qədər saxlayır.Dəyişəni təyin etmək üçün bərabər(=) işarəsindən istifadə olunu və siz işə salınmasını istəyənə qədər dəyişən ekrana çıxmır: >>>x=7 >>>print(x) 7 >>>print(x+3) 10 >>>print(x) 7 Rəqəmlər və mətnlərlə olan əməliyyatları rahat şəkildə dəyişənlərlə də həyata keçirmək mümkündür.Gördüyünüz kimi,dəyişəni bir dəfə təyin etdikdən sonra sona qədər eyni dəyişən olaraq qalır.Lakin siz istədiyiniz zaman dəyişənin qiymətini dəyişdirə bilərsiniz.Dəyişənlərin müəyyən bir tipi yoxdur.buna görə də,dəyişənin qiymətinə həm mətn,həm ədəd,həm də onluq kəsr yazmaq mümkündür: >>>x=256.458 >>>print(x) 256.458 >>>x='Bu mətn tipidir' >>>print(...