Ana içeriğe atla

Onluq kəsrlər - Dərs 4

Python-da onluq kəsrləri ifadə etmək üçün float anlayışından istifadə edilir.Siz onluq kəsrləri rəqəmlərə nöqtə əlavə etməklə və ya bölmə əməliyyatı ilə yaza bilərsiniz.Əlavə sıfırlar onluq kəsrlərdə sayılmır:

>>>3/4
0.75
>>>9.5670000
9.567

Bizim 1/3 (0.3333333333333333...) ədəinin genişlənməsini yaza bilməyəcəyimiz kimi kompüterlər də onluq kəsrləri mükəmməl dəqiqlikdə saxlaya bilmir.Yadınızda saxlayın ki,çünki bu əsəb pozucu viruslara yol açır.

Bunlardan başqa,onluq kəsrlər üzərində əməliyyat aparmaqla və ya ədədlərlə onluq kəsrlər arasında əməliyyatlar aparmaqla onluq kəsrlər alına bilər.Məsələn:

>>>8/2
4.0
>>>6*7.0
42.0
>>>4+1.65
5.65

Python-da əməliyyat apara bilmək üçün qiymətləri özünüz dəyişdirməlisiz,lakin onluq kəsr üzərinə ədəd gəlinməsi istisnadır.

Toplama,vurma,çıxma və bölmə əməliyyatlarından başqa Python-da kvadrata yüksəltmə əməliyyatı da vardır.Bu əməliyyat iki ulduz (**) işarəsi ilə həyata keçirilir.

>>>2**5
32
>>>9**(1/2)
3.0

Bölmə əməliyyatında qisməti müəyyən etmək üçün iki slash (//),qalığı müəyyən etmək üçün isə % işarəsindən istifadə olunur:

>>>20//6
3
>>>1.25%0.5
0.25

Yorumlar

Bu blogdaki popüler yayınlar

While dövrü - Dərs 17

If ifadəsi şərt doğrunu( true ) göstərərsə,bir dəfə işə salınır və heç vaxt yalan( false ) göstərmir.While ifadəsi də buna oxşardır,lakin while ifadəsi 1-dən daha çox işə salınır.Yəni şərt keçərli olduğu müddət ərzində hər bir ifadə təkrar-təkrar yerinə yetirilir.Bir dəfə yalan(false) qiyməti verildikdən sonra növbəti kodun icrasına başlanılır.Aşağıda while dövrünün bitdiyi yerdə 1-dən 5-ə qədər sayan dəyişəni olan bir while dövrü verilmişdir: i = 1 while i Nəticə ekrana belə çıxacaqdır: >>> 1 2 3 4 5 Bitdi! >>> Bir while dövrünün gövdəsindəki kod təkrar təkrar icra olunur.Buna təkrarlanma deyilir. Sonsuz dövr(infinite loop) while dövrünün xüsusi növüdür.O işləməyi heç vaxt dayandırmır.Aşağıda sonsuz dövrə nümunə vardır: while 1==1: print("Dövrdədir.") Bu nümunə sonsuz sayda "Dövrdədir." nəticəsini verəcəkdir.Proqramın icrasını Ctrl+C düymələrindən istifadə etməklə və ya proqramı bağlamaqla dayandıra bilərsiniz. Vaxtından əvvəl...

Siyahılar - Dərs 18

Siyahılar(lists) Pythonda obyektlərin başqa bir növüdür.Onlar bəndlərin indeksli siyahısını saxlamaq üçün istifadə olunur.Siyahı kvadrat mötərizələr və bəndləri bir-birindən ayırmaq üçün lazım olan vergüllərlə düzəlir.Mötərizə içərisindəki hər hansı bir bəndi onun indeksini yazmaqla əldə etmək mümkündür. words = ["Salam", "dünya", "!"] print(words[0]) print(words[1]) print(words[2]) Nəticə: >>> Salam dünya ! >>> Gördüyünüz kimi,ilk siyahı bəndinin indeksi sıfırdır. Boş siyahı kvadrat mötərizələrlə yaradılır: bos_siyahi = [] print(bos_siyahi) Nəticə: >>> [] >>> Çox vaxt vergül siyahıdakı son bəndi izləmir.Ancaq yenə də vergülləri ora yerləşdirmək mükəmməl şəkildə keçərlidir və bəzi hallarda bu belə qorunur. Adətən,bir siyahının içindəki bəndlərin tipi eyni olur,lakin bir siyahıya müxtəlif tipli bəndlər əlavə etmək mümkündür.Eyni zamanda bir siyahının içində başqa bir siyahı da yerləşdirmək olar: reqem = ...

İnput funksiyası - Dərs 6

Adətən,proqramlar daxil ediləni alıb çıxışa vermək üçün işləyirlər.Python-da siz çıxışı yəni buraxılanı əldə etmək üçün print funksiyasından istifadə edə bilərsiniz.Print funksiyası mətnin çıxışını verdiyi zaman mətn dırnaq işarəsiz olur. >>>print(1+1) 2 >>>print("Salam\nDünya!") Salam Dünya! İstifadəçilərdən giriş veriləni ala bilmək üçün input funksiyasından istifadə olunur.İnput ingiliscə giriş,daxiletmə mənasını verir.Bu funksiya istifadəçidən giriş veriləni tələb edər və daxil olunanı yazıya çevirər.İnput funksiyası yazıldığı zaman istifadəçi lazım olan veriləni daxil edənədək proqramın gedişatı dayanmış olur. >>>input("Zəhmət olmasa nəsə daxil edin:") Zəhmət olmasa nəsə daxil edin:Bura istifadəçinin daxil etdiyi yerdir. 'Bura istifadəçinin daxil etdiyi yerdir.' Gördüyünüz kimi Python ekrana istifadəçinin daxil etdiyini çıxarır.Lakin Python konsolunda input və print funksiyaları o qədər də lazım deyil,çünki Python...