Adətən,proqramlar daxil ediləni alıb çıxışa vermək üçün işləyirlər.Python-da siz çıxışı yəni buraxılanı əldə etmək üçün print funksiyasından istifadə edə bilərsiniz.Print funksiyası mətnin çıxışını verdiyi zaman mətn dırnaq işarəsiz olur.
>>>print(1+1)
2
>>>print("Salam\nDünya!")
Salam
Dünya!
İstifadəçilərdən giriş veriləni ala bilmək üçün input funksiyasından istifadə olunur.İnput ingiliscə giriş,daxiletmə mənasını verir.Bu funksiya istifadəçidən giriş veriləni tələb edər və daxil olunanı yazıya çevirər.İnput funksiyası yazıldığı zaman istifadəçi lazım olan veriləni daxil edənədək proqramın gedişatı dayanmış olur.
>>>input("Zəhmət olmasa nəsə daxil edin:")
Zəhmət olmasa nəsə daxil edin:Bura istifadəçinin daxil etdiyi yerdir.
'Bura istifadəçinin daxil etdiyi yerdir.'
Gördüyünüz kimi Python ekrana istifadəçinin daxil etdiyini çıxarır.Lakin Python konsolunda input və print funksiyaları o qədər də lazım deyil,çünki Python hər şeyi avtomatik olaraq həll edir,buna baxmayaraq gerçək proqramlarda bu funksiyalar çox işə yarayır.
Yorumlar
Yorum Gönder