Dəyişənlər(variables) bir çox proqramlaşdırma dillərində çox mühüm rol oynayırlar və Python da istisnasız bu bir çox dillərdəndir.Sadə dil ilə desək,dəyişən hər hansı bir rəqəmə yaxud yazıya ad verir və sonradan siz onu proqramın müəyyən bir hissəsində işlətmək istəyənə qədər saxlayır.Dəyişəni təyin etmək üçün bərabər(=) işarəsindən istifadə olunu və siz işə salınmasını istəyənə qədər dəyişən ekrana çıxmır:
>>>x=7
>>>print(x)
7
>>>print(x+3)
10
>>>print(x)
7
Rəqəmlər və mətnlərlə olan əməliyyatları rahat şəkildə dəyişənlərlə də həyata keçirmək mümkündür.Gördüyünüz kimi,dəyişəni bir dəfə təyin etdikdən sonra sona qədər eyni dəyişən olaraq qalır.Lakin siz istədiyiniz zaman dəyişənin qiymətini dəyişdirə bilərsiniz.Dəyişənlərin müəyyən bir tipi yoxdur.buna görə də,dəyişənin qiymətinə həm mətn,həm ədəd,həm də onluq kəsr yazmaq mümkündür:
>>>x=256.458
>>>print(x)
256.458
>>>x='Bu mətn tipidir'
>>>print(x+"!")
Bu mətn tipidir!
Pythonda dəyişənlərə verəcəyiniz adlarda bəzi məhdudlaşdırmalar mövcuddur.Dəyişənə yalnız hərflərdən,rəqəmlərdən və aşağıdan qoyulmuş xətlərdən yazılan adları qoya bilərisniz.Həmçinin bu adlar rəqəmlərlə başlaya bilməz!Bu qaydalara riayət etməmək xəta törədəcəkdir:
>>>bu_icaze_verilen_addir=5
>>>125ayd=5
SyntaxError:invalid syntax
>>>bu ad olmaz!
SyntaxError:invalid syntax
Gördüyünüz kimi,dəyişənlərdə həm də boşluqlara və digər punktual işarələrə icazə verilmir.Bundan başqa,Python həssas proqram dilidir.Soyad və soyad kimi dəyişən adlarına fərq qoyur.Yəni yazdığınız ad eyni olsa da böyük hərf və kiçik hərf fərqi olduğundan iki ayrı ad kimi qəbul olunur.
Təyin olunmayan dəyişəni yazmaq xətaya yol verir.Eyni zamanda siz təyin etdiyiniz dəyişəni del ifadəsi ilə silə bilərsiniz.Bu zaman təyin olunan dəyişən tamamilə silinir və siz ondan istifadə etmək istədikdə xəta yaranır,lakin silinən dəyişənlər yenidən bərpa oluna bilir:
>>>deyisen="mətndir"
>>>deyisen
'mətndir'
>>>yeni_deyisen
NameError: name 'yeni_deyisen' is not defined
>>>del deyisen
>>>deyisen
NameError: name 'deyisen' is not defined
Siz həmçinin dəyişənin qiymətini istifadəçinin daxil etdiyindən təyin edə bilərsiniz:
>>>deyisen=input("Rəqəm daxil edin:")
Rəqəm daxil edin:25
>>>print(deyisen)
25
Burada deyisen və yeni_deyisen metasintaktik dəyişənlər adlanır.Bu o deməkdir ki,onlar nümunə kodda yazılan nəyisə göstərmək üçün istifadə olunan element adlarıdır.
Yorumlar
Yorum Gönder