Ana içeriğe atla

While dövrü - Dərs 17

If ifadəsi şərt doğrunu(true) göstərərsə,bir dəfə işə salınır və heç vaxt yalan(false) göstərmir.While ifadəsi də buna oxşardır,lakin while ifadəsi 1-dən daha çox işə salınır.Yəni şərt keçərli olduğu müddət ərzində hər bir ifadə təkrar-təkrar yerinə yetirilir.Bir dəfə yalan(false) qiyməti verildikdən sonra növbəti kodun icrasına başlanılır.Aşağıda while dövrünün bitdiyi yerdə 1-dən 5-ə qədər sayan dəyişəni olan bir while dövrü verilmişdir:

i = 1
while i <=5:
   print(i)
   i = i + 1

print("Bitdi!")

Nəticə ekrana belə çıxacaqdır:

>>>
1
2
3
4
5
Bitdi!
>>>

Bir while dövrünün gövdəsindəki kod təkrar təkrar icra olunur.Buna təkrarlanma deyilir.

Sonsuz dövr(infinite loop) while dövrünün xüsusi növüdür.O işləməyi heç vaxt dayandırmır.Aşağıda sonsuz dövrə nümunə vardır:

while 1==1:
  print("Dövrdədir.") 

Bu nümunə sonsuz sayda "Dövrdədir." nəticəsini verəcəkdir.Proqramın icrasını Ctrl+C düymələrindən istifadə etməklə və ya proqramı bağlamaqla dayandıra bilərsiniz.

Vaxtından əvvəl while dövrünü bitirmək üçün break ifadəsindən istifadə olunur:

i = 0
while 1==1:
  print(i)
  i = i + 1
  if i >= 5:
    print("Qırılır")
    break

print("Bitdi!")

Nəticə:

>>>
0
1
2
3
4
Qırılır
Bitdi!
>>>

Dövrdən kənarda break ifadəsindən istifadə etmək xəta yaradır.

Dövrlərin içərisində istifadə oluna bilən növbəti ifadə continue-dir.Continue dövrü dayandırmaq yerinə onun üst tərəfinə atlayaraq davam edər:

i = 0
while True:
   i = i +1
   if i == 2:
      print("Ötürülür 2")
      continue
   if i == 5:
      print("Qırılır")
      break
   print(i)

print("Bitdi")

Nəticə:

>>>
1
Ötürülür 2
3
4
Qırılır
Bitdi
>>>

Sadə izah etsək,continue cari təkrarlanmanı dayandırır və növbəti kod ilə davam edir.Continue ifadəsini də dövr xaricində istifadə etmək xətaya yol açır.

Yorumlar

Yorum Gönder

Bu blogdaki popüler yayınlar

Dəyişənlər(Variables) - Dərs 9

Dəyişənlər(variables) bir çox proqramlaşdırma dillərində çox mühüm rol oynayırlar və Python da istisnasız bu bir çox dillərdəndir.Sadə dil ilə desək,dəyişən hər hansı bir rəqəmə yaxud yazıya ad verir və sonradan siz onu proqramın müəyyən bir hissəsində işlətmək istəyənə qədər saxlayır.Dəyişəni təyin etmək üçün bərabər(=) işarəsindən istifadə olunu və siz işə salınmasını istəyənə qədər dəyişən ekrana çıxmır: >>>x=7 >>>print(x) 7 >>>print(x+3) 10 >>>print(x) 7 Rəqəmlər və mətnlərlə olan əməliyyatları rahat şəkildə dəyişənlərlə də həyata keçirmək mümkündür.Gördüyünüz kimi,dəyişəni bir dəfə təyin etdikdən sonra sona qədər eyni dəyişən olaraq qalır.Lakin siz istədiyiniz zaman dəyişənin qiymətini dəyişdirə bilərsiniz.Dəyişənlərin müəyyən bir tipi yoxdur.buna görə də,dəyişənin qiymətinə həm mətn,həm ədəd,həm də onluq kəsr yazmaq mümkündür: >>>x=256.458 >>>print(x) 256.458 >>>x='Bu mətn tipidir' >>>print(...

Type Conversion - Dərs 8

Pythonda tiplər qarışıq olduğu üçün ciddi əməliyyatları həyata keçirmək olmur.Məsələn,siz mətn tipində yazılmış 2 və 3 ədədini toplayıb cavabı 5 ala bilməzsiniz,çünki ədədlər mətn yəni string tipində olduğu üçün nəticə də '23' şəklində olacaqdır.Bu problemi həll edə bilmək üçün biz tip dəyişdirmədən (type conversion) istifadə edəcəyik: >>>"2"+"3" '23' >>>int("2")+int("3") 5 Gördüyünüz kimi,yuxarıdakı nümunədə yazılmış birinci misal mətn yəni string tipində olduğundan cavab '23' alındı,ikinci misalda isə misalın tipini dəyişmək və misalı riyazi şəkildə həll edə bilmək üçün ədədlərin əvvəlinə int funksiyasını əlavə etdik.Düzgün nəticə əldə etmək üçün hər iki ədədin qarşısında int funksiyası yazılmalıdır. Bura qədərki Python dərslərində biz ədədlərdən,mətnlərdən və onluq kəsrlərdən istifadə etdik.Onların hər üçünün ayrı tipləri var və bu səbəbdən də,Pythonda onları fərqləndirmək üçün müxtəlif fun...