Ana içeriğe atla

Type Conversion - Dərs 8

Pythonda tiplər qarışıq olduğu üçün ciddi əməliyyatları həyata keçirmək olmur.Məsələn,siz mətn tipində yazılmış 2 və 3 ədədini toplayıb cavabı 5 ala bilməzsiniz,çünki ədədlər mətn yəni string tipində olduğu üçün nəticə də '23' şəklində olacaqdır.Bu problemi həll edə bilmək üçün biz tip dəyişdirmədən (type conversion) istifadə edəcəyik:

>>>"2"+"3"
'23'
>>>int("2")+int("3")
5

Gördüyünüz kimi,yuxarıdakı nümunədə yazılmış birinci misal mətn yəni string tipində olduğundan cavab '23' alındı,ikinci misalda isə misalın tipini dəyişmək və misalı riyazi şəkildə həll edə bilmək üçün ədədlərin əvvəlinə int funksiyasını əlavə etdik.Düzgün nəticə əldə etmək üçün hər iki ədədin qarşısında int funksiyası yazılmalıdır.

Bura qədərki Python dərslərində biz ədədlərdən,mətnlərdən və onluq kəsrlərdən istifadə etdik.Onların hər üçünün ayrı tipləri var və bu səbəbdən də,Pythonda onları fərqləndirmək üçün müxtəlif funksiyalardan istifadə olunur.Ədədləri yaza bilmək üçün yuxarıda gördüyünüz kimi int funksiyasından,onluq kəsrləri yazmaq üçün float funksiyasından,mətnləri yazmaq üçün isə str funksiyasından istifadə olunur.

Bu nümunəmizdə isə istifadəçinin daxil etdiyi mətn tipini rəqəmə(ədəd və ya onluq kəsrə) çevirəcəyik ki,nəticə riyazi şəkildə həll edilə bilsin:

>>>float(input("Rəqəm daxil edin:"))+float(input("İkinci rəqəmi daxil edin:"))
Rəqəm daxil edin:40
İkinci rəqəmi daxil edin:2
42.0

Yuxarıdakı nümunədə kodların qarşısına float yazmaqla istifadəçinin daxil etdiyi ədədlərin toplanmasından alınan nəticənin onluq kəsr şəkilndə olmasına nail olduq.

Yorumlar

Bu blogdaki popüler yayınlar

While dövrü - Dərs 17

If ifadəsi şərt doğrunu( true ) göstərərsə,bir dəfə işə salınır və heç vaxt yalan( false ) göstərmir.While ifadəsi də buna oxşardır,lakin while ifadəsi 1-dən daha çox işə salınır.Yəni şərt keçərli olduğu müddət ərzində hər bir ifadə təkrar-təkrar yerinə yetirilir.Bir dəfə yalan(false) qiyməti verildikdən sonra növbəti kodun icrasına başlanılır.Aşağıda while dövrünün bitdiyi yerdə 1-dən 5-ə qədər sayan dəyişəni olan bir while dövrü verilmişdir: i = 1 while i Nəticə ekrana belə çıxacaqdır: >>> 1 2 3 4 5 Bitdi! >>> Bir while dövrünün gövdəsindəki kod təkrar təkrar icra olunur.Buna təkrarlanma deyilir. Sonsuz dövr(infinite loop) while dövrünün xüsusi növüdür.O işləməyi heç vaxt dayandırmır.Aşağıda sonsuz dövrə nümunə vardır: while 1==1: print("Dövrdədir.") Bu nümunə sonsuz sayda "Dövrdədir." nəticəsini verəcəkdir.Proqramın icrasını Ctrl+C düymələrindən istifadə etməklə və ya proqramı bağlamaqla dayandıra bilərsiniz. Vaxtından əvvəl...

Siyahılar - Dərs 18

Siyahılar(lists) Pythonda obyektlərin başqa bir növüdür.Onlar bəndlərin indeksli siyahısını saxlamaq üçün istifadə olunur.Siyahı kvadrat mötərizələr və bəndləri bir-birindən ayırmaq üçün lazım olan vergüllərlə düzəlir.Mötərizə içərisindəki hər hansı bir bəndi onun indeksini yazmaqla əldə etmək mümkündür. words = ["Salam", "dünya", "!"] print(words[0]) print(words[1]) print(words[2]) Nəticə: >>> Salam dünya ! >>> Gördüyünüz kimi,ilk siyahı bəndinin indeksi sıfırdır. Boş siyahı kvadrat mötərizələrlə yaradılır: bos_siyahi = [] print(bos_siyahi) Nəticə: >>> [] >>> Çox vaxt vergül siyahıdakı son bəndi izləmir.Ancaq yenə də vergülləri ora yerləşdirmək mükəmməl şəkildə keçərlidir və bəzi hallarda bu belə qorunur. Adətən,bir siyahının içindəki bəndlərin tipi eyni olur,lakin bir siyahıya müxtəlif tipli bəndlər əlavə etmək mümkündür.Eyni zamanda bir siyahının içində başqa bir siyahı da yerləşdirmək olar: reqem = ...

Dəyişənlər(Variables) - Dərs 9

Dəyişənlər(variables) bir çox proqramlaşdırma dillərində çox mühüm rol oynayırlar və Python da istisnasız bu bir çox dillərdəndir.Sadə dil ilə desək,dəyişən hər hansı bir rəqəmə yaxud yazıya ad verir və sonradan siz onu proqramın müəyyən bir hissəsində işlətmək istəyənə qədər saxlayır.Dəyişəni təyin etmək üçün bərabər(=) işarəsindən istifadə olunu və siz işə salınmasını istəyənə qədər dəyişən ekrana çıxmır: >>>x=7 >>>print(x) 7 >>>print(x+3) 10 >>>print(x) 7 Rəqəmlər və mətnlərlə olan əməliyyatları rahat şəkildə dəyişənlərlə də həyata keçirmək mümkündür.Gördüyünüz kimi,dəyişəni bir dəfə təyin etdikdən sonra sona qədər eyni dəyişən olaraq qalır.Lakin siz istədiyiniz zaman dəyişənin qiymətini dəyişdirə bilərsiniz.Dəyişənlərin müəyyən bir tipi yoxdur.buna görə də,dəyişənin qiymətinə həm mətn,həm ədəd,həm də onluq kəsr yazmaq mümkündür: >>>x=256.458 >>>print(x) 256.458 >>>x='Bu mətn tipidir' >>>print(...