Python riyazi hesablamaları apara bilmə qabiliyyətinə malikdir.Sadəcə olaraq misalı yazın və Python onun cavabını çıxaracaq.
>>>2+2
4
>>>5+5-4
6
Python həmçinin vurma və bölmə əməliyyatlarını da həyata keçirir.Ulduz(*) işarəsini vurma,forward slash(/) işarəsini isə bölmə üçün istifadə edirlər.Burada da riyaziyyatdakı kimi hansı əməliyyatdan birinci istifadə olunacaöını təyin etmək üçün mötərizələrdən istifadə olunur:
>>>2*(6+5)
22
>>>30/5
6.0
Bölmə əməliyyatında bir slash (/) işlətdiyimiz zaman cavab onluq kəsr olaraq çıxır.Onluq kəsrlər barəsində sonrakı dərslərdə daha geniş danışacağıq.Çıxma işarəsi ədədlərin qarşısında yazılaraq mənfi ədədlər də yaradır:
Çıxma işarəsi ədədlərin qarşısında yazılaraq mənfi ədədlər də yaradır:
>>>-7
-7
>>>(-7+2)*(-4)
20
Müsbət işarəsi də ədədlərin qarşısında yazıla bilər,lakin bunun heç nəyə təsiri olmayacaqdır.
Sıfıra bölmə Python-da xəta yaradır və hesablana bilmir.
>>>11/0
Traceback (most recent call last):
File"
ZeroDivisionError: division by zero
Python-da xəta mesajının son cümləsi xətanın növünü bildirir.Hər zaman xəta mesajlarını diqqətlə oxuyun o sizə xətanı necə düzəltmək lazım olduğunu da açıqlayır.
Yorumlar
Yorum Gönder