Ana içeriğe atla

Mətn əməliyyatları - Dərs 7

Ədədlər və onluq kəsrlərdə olduğu kimi mətnlər də toplana bilərlər.Bu əməliyyata birləşdirmə(concatenation) əməliyyatı deyilir.Bu əməliyyat iki və daha çox yazı arasında aparıla bilər.Toplama zamanı mətnlərin bir və ya iki dırnaqla yazılmasının heç bir fərqi yoxdur:

>>>"Pomidor"+'yumurta'
'Pomidoryumurta'
>>>print("Birinci mətn"+","+"ikinci ikinci mətn")
Birinci mətn,ikinci mətn

Daxil etdiyiniz ədəd olsa belə mətn kimi daxil edildiyindən mətn sayılacaqdır.Mətnlə ədədi toplamaq xəta yaradır.Bu səbəbdən də,mətn kimi daxil etdiyiniz ədədi belə ədədlə toplaya bilməzsiniz,çünki ikisinin tipi başqa olur:

>>>"2"+"2"
'22'
>>>1+'2'+3+'4'
Traceback(most recent call last):
File "",line 1,in
TypeError:unsuportted operand type(s) for +: 'int' and 'str'

Gördüyünüz kimi xətanın son cümləsi TypeError:unsuportted operand type(s) for +: 'int' and 'str' - Xətanın tipi:Dəstəklənməmiş operand tipi + üçün mənasını verir və xətanı izah edir.Buna görə də gələcək dərslərdə xətanın sadəcə son cümləsini yazacağıq.

Mətnlər bundan başqa həm də vurma əməliyyatında istifadə edilə bilər.Vurma əməliyyatında mətnlər ədədlərlə vurula bilər və nəticəsi mətnin vurulduğu ədəd qədər təkrarı olur.Mətn və ədədin sırasının heç bir fərqi yoxdur,lakin adətən birinci mətnlər yazılır:

>>>print("konfet"*3)
konfetkonfetkonfet
>>>4*'2'
'2222'

Mətnlər ədədlərdən başqa heç nə ilə vurula bilmirlər,hətta onluq kəsrlərin də rəqəm olmasına baxmayaraq onluq kəsrlərlə də vurula bilmirlər:

>>>'17'*'87'
TypeError:can't multiply sequence by non-int of type 'str'
'Python'*5.0
TypeError:can't mutliply sequence by non-int of type float

Birinci kodda hər iki rəqəm mətn formatında verildiyi üçün vurula bilmir,yəni mətn mətnlə vurula bilməz!İkinci kodda isə onluq kəsr mətnlə vurula bilməz!

Yorumlar

Bu blogdaki popüler yayınlar

While dövrü - Dərs 17

If ifadəsi şərt doğrunu( true ) göstərərsə,bir dəfə işə salınır və heç vaxt yalan( false ) göstərmir.While ifadəsi də buna oxşardır,lakin while ifadəsi 1-dən daha çox işə salınır.Yəni şərt keçərli olduğu müddət ərzində hər bir ifadə təkrar-təkrar yerinə yetirilir.Bir dəfə yalan(false) qiyməti verildikdən sonra növbəti kodun icrasına başlanılır.Aşağıda while dövrünün bitdiyi yerdə 1-dən 5-ə qədər sayan dəyişəni olan bir while dövrü verilmişdir: i = 1 while i Nəticə ekrana belə çıxacaqdır: >>> 1 2 3 4 5 Bitdi! >>> Bir while dövrünün gövdəsindəki kod təkrar təkrar icra olunur.Buna təkrarlanma deyilir. Sonsuz dövr(infinite loop) while dövrünün xüsusi növüdür.O işləməyi heç vaxt dayandırmır.Aşağıda sonsuz dövrə nümunə vardır: while 1==1: print("Dövrdədir.") Bu nümunə sonsuz sayda "Dövrdədir." nəticəsini verəcəkdir.Proqramın icrasını Ctrl+C düymələrindən istifadə etməklə və ya proqramı bağlamaqla dayandıra bilərsiniz. Vaxtından əvvəl...

Siyahılar - Dərs 18

Siyahılar(lists) Pythonda obyektlərin başqa bir növüdür.Onlar bəndlərin indeksli siyahısını saxlamaq üçün istifadə olunur.Siyahı kvadrat mötərizələr və bəndləri bir-birindən ayırmaq üçün lazım olan vergüllərlə düzəlir.Mötərizə içərisindəki hər hansı bir bəndi onun indeksini yazmaqla əldə etmək mümkündür. words = ["Salam", "dünya", "!"] print(words[0]) print(words[1]) print(words[2]) Nəticə: >>> Salam dünya ! >>> Gördüyünüz kimi,ilk siyahı bəndinin indeksi sıfırdır. Boş siyahı kvadrat mötərizələrlə yaradılır: bos_siyahi = [] print(bos_siyahi) Nəticə: >>> [] >>> Çox vaxt vergül siyahıdakı son bəndi izləmir.Ancaq yenə də vergülləri ora yerləşdirmək mükəmməl şəkildə keçərlidir və bəzi hallarda bu belə qorunur. Adətən,bir siyahının içindəki bəndlərin tipi eyni olur,lakin bir siyahıya müxtəlif tipli bəndlər əlavə etmək mümkündür.Eyni zamanda bir siyahının içində başqa bir siyahı da yerləşdirmək olar: reqem = ...

İnput funksiyası - Dərs 6

Adətən,proqramlar daxil ediləni alıb çıxışa vermək üçün işləyirlər.Python-da siz çıxışı yəni buraxılanı əldə etmək üçün print funksiyasından istifadə edə bilərsiniz.Print funksiyası mətnin çıxışını verdiyi zaman mətn dırnaq işarəsiz olur. >>>print(1+1) 2 >>>print("Salam\nDünya!") Salam Dünya! İstifadəçilərdən giriş veriləni ala bilmək üçün input funksiyasından istifadə olunur.İnput ingiliscə giriş,daxiletmə mənasını verir.Bu funksiya istifadəçidən giriş veriləni tələb edər və daxil olunanı yazıya çevirər.İnput funksiyası yazıldığı zaman istifadəçi lazım olan veriləni daxil edənədək proqramın gedişatı dayanmış olur. >>>input("Zəhmət olmasa nəsə daxil edin:") Zəhmət olmasa nəsə daxil edin:Bura istifadəçinin daxil etdiyi yerdir. 'Bura istifadəçinin daxil etdiyi yerdir.' Gördüyünüz kimi Python ekrana istifadəçinin daxil etdiyini çıxarır.Lakin Python konsolunda input və print funksiyaları o qədər də lazım deyil,çünki Python...