Siyahılar(lists) Pythonda obyektlərin başqa bir növüdür.Onlar bəndlərin indeksli siyahısını saxlamaq üçün istifadə olunur.Siyahı kvadrat mötərizələr və bəndləri bir-birindən ayırmaq üçün lazım olan vergüllərlə düzəlir.Mötərizə içərisindəki hər hansı bir bəndi onun indeksini yazmaqla əldə etmək mümkündür. words = ["Salam", "dünya", "!"] print(words[0]) print(words[1]) print(words[2]) Nəticə: >>> Salam dünya ! >>> Gördüyünüz kimi,ilk siyahı bəndinin indeksi sıfırdır. Boş siyahı kvadrat mötərizələrlə yaradılır: bos_siyahi = [] print(bos_siyahi) Nəticə: >>> [] >>> Çox vaxt vergül siyahıdakı son bəndi izləmir.Ancaq yenə də vergülləri ora yerləşdirmək mükəmməl şəkildə keçərlidir və bəzi hallarda bu belə qorunur. Adətən,bir siyahının içindəki bəndlərin tipi eyni olur,lakin bir siyahıya müxtəlif tipli bəndlər əlavə etmək mümkündür.Eyni zamanda bir siyahının içində başqa bir siyahı da yerləşdirmək olar: reqem = ...